İnsanları yol kənarlarından toplayıb rayonlara aparırlar... - EKSPERTDƏN AÇIQLAMA

Son vaxtlar bölgələrə qanunsuz sərnişindaşıma halları ilə bağlı şikayətlər artıb. Sərnişinlər sosial şəbəkədə bildirirlər ki, bu cür avtobusların əksəriyyəti texniki cəhətdən nasazdır və uzun məsafələrə təhlükəli şəraitdə hərəkət edir.
Məlumata görə, qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslər avtovağzallardan kənar yerlərdə – yol kənarlarında, həyətlərdə sərnişin toplayaraq rayonlara aparırlar. Bu cür halların həm sərnişinlərin təhlükəsizliyi, həm də nəzarət baxımından ciddi problemlər yaratdığı qeyd olunur.
Qeyri-qanuni fəaliyyət göstərən nəqliyyat vasitələrində nə texniki yoxlamalar aparılır, nə də sürücülərin peşəkarlığına dair təminat verilir.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sərnişindaşımanın öz prinsip və qaydaları mövcuddur:
"Nazirlik Avtovağzal kompleksi ölkədə avtobus parkının yeni olmadığını və kifayət qədər köhnə avtobusun olduğunu etiraf edib. Lakin bunu yenisi ilə əvəz etmək imkanı yoxdur. Bu səbəbdən də əlimizdən olan imkanlardan istifadə etməliyik. Bu həm şəhər daxili, həm də şəhərlər arası sərnişin daşımada keçərlidir. Çıxış yolu avtobus parkının tam yenilənməsidir. Kütləvi şəkildə, digər ölkələrdən avtobusların gətirilməsi sual doğurur. Çünki, daşıyıcılar buna hazır deyil. Qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslər yol kənarlarından, həyətlərdən insanları toplayırlar. Ona görə də, avtovağzala sərnişin gəlmir. Bu da hərəkət intensivliyinin azalmasına səbəb olur".
Ekspert hesab edir ki, nəqliyyatın köhnə olması böyük problem deyil:
"Çünki lazım olduqda, texniki parametrlər və sürücülərin səhhəti yoxlanılır. Təzə avtobusların gətirilməsi isə, çox bahadır. Həmçinin, qiymət ilə yanaşı, gömrük rüsumları da buna təsir göstərir".(Modern.az)
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO










