“İnsanların media savadsızlığından dələduzlar qazanc əldə edir” - SOSİOLOQ

Yalan məlumatların sürətlə yayıldığı müasir dövrdə insanlar tez-tez bu cür informasiyalara inanmağa meyilli olurlar. Bunun əsas səbəbi sosial şəbəkələrdə informasiyanın sürətlə yayılması emosional manipulyasiya və tənqidi düşüncənin zəif olmasıdır.
Bu isə onların gündəlik həyatına mənfi təsir edir, yanlış yönləndirir, əsassız qorxu yaradır və vacib qərarlarda səhvlərə səbəb olur. Saxta məlumatlar sağlamlıq, maliyyə və sosial münasibətlərə ciddi ziyan vura bilər.
Bəs insanlar niyə belə məlumatlara inanır və bu, onların gündəlik həyatına necə təsir edir?
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Avtosfer.az-a açıqlamasında bildirib ki, insanların media savadlılığının olmaması onların internetdən kor-təbii istifadə etməsinə səbəb olur:

“Savadlı internet istifadəçisi olmaq əvəzinə, əksəriyyət buna üstünlük vermir. Əgər qarşılarına media savadlılığı ilə bağlı video çıxsa, onu ötürüb, əvəzinə hansısa şou proqramına və ya məşhurların şəxsi həyatına baxmağı seçirlər. Bunun nəticəsi nə olur? Yalan məlumatların təsiri altına düşmək təhlükəsi yaranır. Halbuki vaxtında media savadlılığı ilə bağlı məlumat alsaydılar, yalan məlumatların yayılması və onlardan doğan təhlükələr barədə xəbərdar olardılar. İnternet istifadəçisini hansı hallarda risk gözlədiyini bilsəydilər, tora düşməzdilər.
Bu vəziyyətdə heç kim başqalarını günahlandırmamalıdır. Nə hüquq-mühafizə orqanlarını, nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini, nə də sosial şəbəkələrdə nəzarət mexanizminin olmamasını. Bu gün demək olar ki, hər kəsin əlində smartfon var və bu kiçik cihaz əslində böyük bir dünya deməkdir. Əgər belə bir dünyanı daşıyırsansa, amma məlumat istehlak etmək istəmirsənsə, bu artıq sənin öz problemindir”.

Sosioloq son olaraq bildirib ki, elə buna görə də bu gün kart oğurluqları, onlayn fırıldaqçılıqlar çoxalıb:
“İnsanların media savadsızlığından və ya mərhəmətindən istifadə edən dələduzlar asanlıqla qazana bilirlər. Bütün bu problemlərin kökündə məhz media savadsızlığı dayanır”.
Psixoloq Aygül Məlikovanın fikrincə, ümumiyyətlə, insanlar kənardan aldıqları məlumata daha çox inanırlar:

“Bunun əsas səbəbi güvən mexanizminin formalaşması ilə bağlıdır və uşaqlıq dövrü ilə əlaqəlidir. İnsanlar elə bir mərhələdən keçirlər ki, həmin dövrdə valideynlərinə sual verdikdə, bəzən onlardan dəqiq cavab almırlar. Valideynlər "sonra danışarıq" kimi ifadələrlə uşaqları uzaqlaşdırırlar. Nəticədə, uşaq real məlumatları doğrulamaq və öyrənmək üçün kənar mənbələrə üz tutmağa başlayır.
Zaman keçdikcə, bu vərdiş oturuşur və insanlar artıq kənardan gələn informasiyaların daha real, daha doğru olduğuna inanmağa meyilli olurlar. Çünki həyatlarında dəfələrlə bunun şahidi olurlar. Məhz bu səbəbdən kənardan aldıqları məlumata daha çox güvənirlər”.
Eltac Zülfüqaroğlu
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB








