İnsanlığı yavaş-yavaş öldürəcək “ÖLÜM MARKETLƏRİ” – ALİMLƏR

Ultraemal olunmuş qidalar insanları zamanla yavaş-yavaş öldürür. Hazırda marketlərdə ərzaq yox, ölüm ticarəti edilir.
Alimlər 10 milyon amerikalının qidalanmasını izləməklə apardıqları böyük araşdırmanın nəticəsində bu qərara gəliblər.
Hazırda rasionlarda ən çox istifadə olunan ultra emal olunmuş, termiki işlənmiş qidalar orqanizmdə 30 neqativ effekt yaradır və erkən ölüm səviyyəsini artırır.
Əsas təhlükə ürək-damar, beyin və maddələr mübadiləsi sistemlərini əhatə edir.
1990-cı illərdən sonra keçmiş SSRİ ölkələri qərb və ABŞ qidalanma tərzinə keçib.
Fastfud, kafe, restoran, market qidaları,müxtəlif qəlyanaltılar, yeməklə birgə qazlı içkilər, duzlu qidalar əslində görünən tərəfdir.
Ultraemal olunmuş qida qida sənayesində ciddi termiki prosesdən keçən qidadır: bunlara təmizlənmə, rafinə edilmə, xırdalanma, ekstraksiya, dadlandırma, E əlavələr, kimyəvi qatqılar, paketlənmə və s. aiddir.
Ultra qidalar bu gün marketə girdinizdə rəflərdə düzülən qidalar- ət məhsulları, pendirlər və hətta sağlam bildiyiniz süd məhsullarıdır.
Qutuya paketlənmiş, rəf ömrü 1-2 il olan bütün qidalarda qida əlavələri var. Hisə verilmiş toyuq filesi, konservlər E əlavələrlə doludur.
İşləyən qadınların vaxtı az getsin deyə, dondurulmuş yarımfabrikat qidalar belə, görünüşü evsayağı olsa da, ultra emal olunmuş hesab edilir.
Bura xəmir, balıq, ət, toyuq, kotlet, pelmeni, naqqets, tez hazırlanan bulyon, şorba, sıyıqlar, blinçik, pirojki, çudu və s. də aiddir.
Ağ undan hazırlanmış yüksək sort çörk də ultra qida hesab olunur.
Konfetlər, şokoladlar, marmeladlar, vaflilər də siyahıya daxildir.
Süd məhsulları rəflərində də ultra məhsullardır: yoqurtlar, südlər, kefir, qatıq, yağlar, pendirlər, yumşaq və ərinmiş pendirlər və s. (“Medicina”)
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI










