İnstaqramda yeni fırıldaqçılar peyda olub - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə, xüsusən instaqramda yeni fırıldaq növü geniş yayılıb.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynovun ''Xəzər Xəbər''ə bildirdiyinə görə, sosial şəbəkələrdə dələduzluq edənlər təmsil etdiyi qurumun adından da istifadə ediblər.
Nazirlik rəsmisi belə səhifələri işlədən, xüsusən saxta yarışlar keçirənlərə xəbərdarlıq edib.
Saxta yarış səhifələrini idarə edənlər vətəndaşların guya bahalı telefon qazandıqlarını qeyd edirlər. Hətta bəziləri belə telefonları öz yaxınlarına verib, fotosunu səhifədə paylaşırlar. Bununla da onun guya qalib gəlməsi mənzərəsini yaradırlar.
Daxili İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, vətəndaşların bütün rəsmi müraciətləri araşdırılır və dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanaraq istintaqa cəlb olunurlar.
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı










