İnternet mühitində kütləvi istifadəçi məlumatları sızdırılıb - XƏBƏRDARLIQ

Müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında “infostealer” tipli zərərli proqramlar vasitəsilə oğurlanmış kütləvi unikal giriş məlumatlarının (e-poçt ünvanları və şifrələr) internet mühitinə sızdırıldığı müəyyən edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Sözügedən məlumatlar “Telegram” kanalları, müxtəlif “hacker” forumları və “darknet” platformaları üzərindən yayımlanıb. Toplanmış məlumatlar bir neçə illik dövrü əhatə etməklə “Google”, “Microsoft”, “Facebook”, “X”, “TikTok”, “Netflix” və digər populyar onlayn platformalara məxsus istifadəçi hesablarına aiddir. Bu kimi məlumat sızmaları əsasən, çoxmərhələli təsdiqləmə üsullarının tətbiq edilməməsi, istifadəçilərin eyni şifrəni bir neçə platformada təkrar istifadəsi və “infostealer” hücumlarının artması fonunda baş verir.
Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə və sistem inzibatçılarına aşağıdakı tədbirləri görməyi tövsiyə edir:
* Hesablarda ikimərhələli təsdiqləmə (2FA) funksiyasının aktivləşdirmək;
* Əsas onlayn xidmətlərə giriş üçün istifadə olunan şifrələri yeniləmək;
* Eyni və ya oxşar şifrələrin bir neçə platformada istifadəsindən çəkinmək;
* Etibarlı şifrə menecerlərindən istifadə etmək;
* İT infrastrukturlarında mümkün təhlükəsizlik insidentlərini aşkarlamaq məqsədilə SIEM və EDR sistemlərinin monitorinqini gücləndirilmək (milli.az).
Kəmallədin Heydərovun işdən çıxardığı şəxs xanımının yaxın qohumu imiş - FAKTLAR
Aİ-92 markalı benzinin ixracına dair göstəricilər açıqlandı
Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər? - Qanunda hələ də boşluq var
Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…
Qəzaların sayını azaltmaq üçün bunları etmək lazımdır - VACİB AÇIQLAMA
Avtomobilin üzərinə çıxan piyadanı nə gözləyir? — Bu qədər cəriməsi var - VİDEO
Trampın yeni hədəfi Afrikanın enerji mənbələridir? – Politoloq AÇIQLADI
"Bacı-qardaşlar bilmədən evlənə bilər" – Ekspertdən "hind filmi" xəbərdarlığı
Günəşdə güclü partlayış baş verib
Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA
Generalın oğlunun keçmiş sevgilisi danışdı: "Onun ..." — FOTOLAR











