İnternetin qiymət artımına görə ETİRAZ AKSİYASI - VİDEO

Bir müddətdir ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir. Qiymətin artmasına baxmayaraq, internet sürətinin vəd ediləndən aşağı olması əhali arasında narazılığa səbəb olub.
Avtosfer.az-ın xəbərinə görə, qiymət artımından narazı olan vətəndaşlar sosial mediada etiraz aksiyasına başlayıb.
Belə ki, TikTok sosial media hesabında video paylaşan istifadəçi “qiymət artımına etiraz edirik” başlığı ilə aksiyaya başlayıb.
Paylaşımda insanların aksiyaya qoşulmağa dəvət olunur:
“Qiymət artımına etiraz edirik” devizi altında aksiya başlayıb. Mən qoşuldum. Sən də qoşul, etiraz et, paylaş”.
Qeyd edək ki, artıq aksiyaya xeyli abunəçi qoşulub.
Mənbə: Konkret.az
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR











