İntervalla bağlı narazılıqlar artır: Avtobuslar niyə gecikir?

İctimai nəqliyyat vasitələrinin interval müddəti mütəmadi olaraq mübahisələrə yol açır. Vətəndaşlar bildirirlər ki, bəzi avtobuslar hər gün fərqli fasilələrlə gəlirlər. İntervalın kəskin artması səbəbindən işə tələsənlər yollarda qaldıqlarını deyir, uzun müddət gözləməli olduqlarını bildirirlər. Oxşar vəziyyət metroda da müşahidə olunur. Nəticədə sıxlıq yaranır və insanların rahatlığı pozulur.
Nəqliyyat vasitələrinin konkret intervalı varmı?
Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, avtobuslarda interval müddəti qorunmur:
“Günün müəyyən saatlarında müxtəlif tədbirlərlə bağlı və ya hər hansı bir proses səbəbindən tıxac yaranır. Belə olduqda avtobuslar yolda qalır, interval pozulur. Bəzən də kimsə maşınını zolaqlarda tərk edib gedir, yaxud məsuliyyətsiz sürücülər yollarda avtobuslar üçün ayrılmış yerlərə daxil olur və sair. Ümumilikdə intervalı saxlamaq çətindir”.

Ekspert bildirib ki, metroda bu müddət dəqiq olmalıdır:
“Burada sərnişin axınına uyğun interval dəyişə bilir. Səhər, günorta, axşam saatlarında vaxtın istiqamətə uyğun olması mümkündür. Amma bu sahədə problemlər mövcuddur”.(global.info)
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?










