İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi məsələsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, qanun layihəsini deputat Kamal Cəfərov təqdim edib.
O bildirib ki, qanun layihəsi Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.12-ci bəndinin icrası ilə bağlı hazırlanıb:
“Qanun layihəsinin məqsədi əmək pensiyaları, sosial müavinətlər və məşğulluq haqqında qanunvericiliyin pozulması sahələrində müvafiq dövlət qurumlarının informasiya sistemləri vasitəsilə aşkar edilən faktlar əsasında real vaxt rejimində, yəni onlayn yoxlamanın həyata keçirilməsi və elektron icraatın tətbiq edilməsidir.
Misal üçün işçilərin qeydiyyatı və əməkhaqqısı Vergilər Nazirliyinin elektron sistemində mövcuddur. Əgər həmin əməkhaqqı minimum əməkhaqqından aşağı olarsa, bu İXM-nin 192.3-cü maddəsinin pozuntusudur. Əmək və əhalinin sosial müdafiəsi nazirliyi isə Vergilər Nazirliyinin sistemində mövcud olan bu məlumat əsasında İXM-nin 192.3-cü maddəsinin pozuntusu ilə bağlı elektron protokol və qərar tətbiq edə bilər.
Layihədə elektron protokol və qərarda hansı məlumatlar olmalıdırsa dəqiqləşdirilir. Elektron protokol və qərar, həm elektron kabinet, həm elektron poçt, həm mobil nömrə, həm də poçt vasitəsilə aidiyyəti tərəflərə çatdırılacaq. 10 gün müddətində protokoldan şikayət olmazsa, elektron qərar qəbul edilir. Qeyd edim ki, tərəflər həm protokoldan həm də qərardan elektron və ya adi formada şikayət vermə imkanına sahibdir.
İlk dəfə olaraq, qeyd etdiyim sahələr üzrə hüquqi şəxslər, o cümlədən vəzifəli şəxslər barəsində elektron protokol və qərar tətbiq ediləcək.
Ümumilikdə elektron icraat təcrübəsi Daxili İşlər Nazirliyi tərəfindən uzun illərdir uğurla tətbiq edilir. Sadəcə bu təcrübə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyaları, sosial müavinətlər və məşğulluq haqqında qanunvericiliyin pozulması sahəsində tətbiq ediləcək.
Bütün bu dəyişikliklərin də əsas məqsədi qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində nəzarət sisteminin gücləndirilməsidir”.
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO










