İqlim dəyişikliyinin mənfi təsirlərini gələcəkdə görəcəyik - Umayra Tağıyeva

İqlim dəyişikliyi reallıqdır, gələcəkdə bunun mənfi təsirlərini görmək mümkün olacaq.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq dünya ölkələri adaptasiya mərhələsinə keçməlidir:
"Azərbaycanın iqlim dəyişiliyi ilə bağlı adaptasiya planı var. Bu məsələ COP29-da da müzakirə edildi. Adaptasiya hədəflərində innovasiyalardan, müasir texnologiyalardan istifadə edilməlidir. Bəzi hallarda ekosistemə əsaslanan hədəflər daha effektiv nəticələr verə bilər".
Nazir müavini bildirib ki, Azərbaycan iqlim sahəsində BMT Baş katibliyi ilə əməkdaşlıq edir, texniki dəstək alır:
"Azərbaycan iqlim dəyişikliyinin qarşısını almaq üçün daha çox layihələr hazırlayacaq və beynəlxalq məkana töhfə verməyə çalışacaq".
U.Tağıyeva Xəzəryanı ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə bərabər fəaliyyətinə də diqqət çəkib.
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Prezident Sülh Şurasının ilk iclasında iştirak edir - FOTOLAR
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa daha dəqiq hərəkət təşkili? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu








