İqtisadiyyat Nazirliyi 125 obyektdə pozuntular aşkarladı

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sentyabrın 8-də keçirdiyi monitorinqlər zamanı Nizami rayonunda “Tural market”də, “Start ərzaq mağazası”nda, “Enshteyn dəftər mağazası”nda, “Vüsal market”də, “Nuray market”də, “Kafe Tərtər”də, “N-Studio gözəllik salonu”nda, Qaradağ rayonunda “Oba market”də, Elnarə Yusifovaya, Novruzalı Mamedova məxsus pərakəndə ticarət obyektlərində, Xəzər rayonunda “Liqkas geyim” mağazasında, Hümbət Nuriyevə, Vüsal Muradova, Sehran Əliyevə məxsus mağazalarda, Xətai rayonunda “Bizim market”də, "Margo qadın geyimləri mağazası”nda, “Çinar kafe”də, “Ayxan implant-dent” stomatoloji klinikada, “El Chako restoranı”nda, “Fəridə kafe”də, “İstirahət kafesi”ndə, Binəqədi rayonunda “Təndir-kabab restoranı”nda, “Kafe Tovuz”da, "Bahar Lahmacun kafesi”ndə, "Retro şam restoranı”nda, “Öz kardeşler” restoranında, “Qədim Bərdə kafesi”ndə, “Kaspi kafesi”ndə, “Qədim Bakı restoranı”nda, “Zeytun Aptek”də, Sabunçu rayonunda “Al market”də, “Şərq şirniyyatı” mağazasında, Suraxanı rayonunda “555 market”də, “Sultan saray çay evi”ndə, “Park kafesi”ndə, Səbail rayonunda “Rozalia gül mağazası”nda, Nərimanov rayonunda “Bərəkət un məmulatları” mağazasında, “Outlet geyim mağazası”nda, “Eksklüziv elektrik malları mağazası”nda, “Büyükfırat restoranı”nda, Yasamal rayonunda “Nuran market”də, “Cup Cup kafe”də, “Galata restoran”da, Nəsimi rayonunda “Yaşıl market”də, “Ucuz market”də, “Oxford kitab evi”ndə, “Sarı sünbül şirniyyat” mağazasında, “Avtoş dönər”, “Sehranın dönəri” iaşə obyektlərində, Sumqayıt şəhərində “RRR ərzaq mağazası”nda, “Gilan-knauf inşaat materialları” mağazasında, Asif Səmədova, Namiq Mustafayevə məxsus kafelərdə, Abşeron rayonunda “Karandaş mağazası”nda, “Kafe Bağçasaray”da, Sahil Əzizova və Həsrət Ağayevə məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 125 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










