İqtisadiyyat Nazirliyi özəl sektorun təklifləri üçün açıqdır

İqtisadiyyat Nazirliyi özəl sektorun sənayenin inkişafına və pandemiyanın fəsadlarının aradan qaldırılmasına yönəlmiş təklifləri üçün açıqdır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov “Caspian European Club”un təşkil etdiyi Online “Round Table” zamanı bildirib.
Tranzit, logistika, freytforvardinq və nəqliyyat üzrə təkliflər müzakirə edilən tədbir zamanı E. Məcidov həmçinin birgə layihələrin, xüsusilə də tranzit kimi rəqabətli biznesin inkişafı məsələsində özəl və dövlət sektorunun səylərinin əhəmiyyətini qeyd edib.
“Caspian European Club”un sədri və baş icraçı direktoru Telman Əliyev Clubun üzv şirkətlərinin top-menecerləri adından açıq və səmimi dialoqa görə E. Məcidova minnətdarlığını bildirib:
"Bizi maraqlandıran bir çox suallara cavab aldıq və əksər problemlərin öz həllini tapacağı tədbirlər dairəsini müəyyənləşdirdik. Məhz buna görə nəqliyyat sektorunun nümayəndələrinin sual və təkliflərinin operativ müzakirəsi üçün birgə işçi qrupun yaradılması ilə bağlı qərar qəbul edildi”.
Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...










