İran Azərbaycan vasitəsilə "Şərq-Qərb" nəqliyyat dəhlizinin inkişafında maraqlıdır

İran Azərbaycan ərazisindən keçən "Şərq-Qərb" nəqliyyat-logistika dəhlizinin inkişafına böyük maraq göstərir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə İranın Rumıniyadakı keçmiş səfiri, İranın Azərbaycandakı səfirliyində ekspert kimi çalışan Həmidreza Ərşadi Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.
Onun sözlərinə görə, xüsusi diqqət Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında mühüm nəqliyyat əlaqəsi xəttinin bir hissəsi olacaq Ağbənd-Kəlalə dəmir yolu və avtomobil yolunun tikintisinə yönəldilib.
"Bu layihə çərçivəsində əsas infrastruktur obyektləri həyata keçirilir. Buraya yeni Siyahrud-Ordubad avtomobil körpülərinin inşası, həmçinin zəruri sərhəd və gömrük infrastrukturunun inkişafı daxildir. İran bu kommunikasiyaların tamamlanmasının regional logistika və tranzit əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli potensial yaradacağını gözləyir", - keçmiş səfir qeyd edib.
H.Ərşadi vurğulayıb ki, Ağbənd-Cəbrayıl-Ağdam-Yevlax-Gürcüstan və Ağbənd-Laçın-Kəlbəcər-Gəncə-Gürcüstan avtomobil yolları istifadəyə verildikdən sonra yeni nəqliyyat imkanları yaranacaq:
"Bu marşrutlar İrana Qara dənizə rahat və iqtisadi cəhətdən səmərəli çıxış təmin edəcək".
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI










