İran, Azərbaycan və Rusiya arasında üçtərəfli tranzit haqqında saziş imzalanacaq

Azərbaycan və İran arasında gömrük sahəsində üç əməkdaşlıq protokolu imzalanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə İranın gömrük naziri Alirza Müqəddəsi deyib.
Sənədləri Culfada Alirza Müqəddəsi və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev imzalayıblar.
A.Müqəddəsinin sözlərinə görə, iki ölkənin gömrük rəsmiləri arasında imzalanmış protokolların 13 maddəsi əməkdaşlığı, iqtisadi əməliyyatları, gömrük prosedurlarını və ikitərəfli qarşılıqlı əlaqələri daha da inkişaf etdirəcək, sürətləndirəcək və əlaqələndirəcək:
“Həmin protokollarda İran, Azərbaycan və Rusiya arasında üçtərəfli tranzit haqqında razılıq əldə olunub”.
İranın gömrük naziri bildirib ki, Azərbaycan rəsmiləri həmin protokolların maddələri ilə razılaşıblar və hazırda üçtərəfli sazişin Tehranda imzalanmasına ehtiyac var.
“Report”
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ










