İran ballistik raketlərin sınaqlarını keçirdi
Gündəm 16 Yanvar 2021 21:52 Oxunub 1862
İran ballistik raketlərin sınaqlarını keçirdi

İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hind okeanında ballistik raketlərin hədəflərə zərbə endirilməsi üzrə sınağını keçirib.

Bu barədə “Report” “İnterfaks”a istinadən bildirir.

İran hərbçiləri qeyd ediblər ki, atışlarda 1,8 min kilometr məsafədəki hədəflərə zərbə endirmiş müxtəlif növ raketlər tətbiq edilib.

"Bizim əsas döyüş tapşırıqlarımızdan biri təyyarədaşıyanlar da daxil olmaqla, düşmən gəmilərinə zərbə endirməyə qadir olmaqdır", - İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Salami bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh