“İran Ermənistana silah-sursat daşımaqla məşğuldur”

Gündəm 30 Sentyabr 2020 12:15
“İran Ermənistana silah-sursat daşımaqla məşğuldur”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur”.

“Report” xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu müsəlman ölkəsi dayanmadan Ermənistana köməklik edir:

“Bu, onların şüuru və bizə yanaşmasıdır. Təklif edirəm ki, biz növbəti səfriliyimizi İsraildə açaq”.

Deputat Fəzail Ağamalı da İsraildə Azərbaycanın səfirliyinin açılmasına ciddi ehtiyacın duyulduğunu bildirib.

Oxunub : 826
ŞƏRH YAZ
Ad

E-mail

Şərh