İran hava məkanını bağlayır, ordunu döyüş vəziyyətinə gətirir - KİV

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, müvafiq qərarlar ABŞ-nin təhdidləri və həm İsrail, həm də Amerika qüvvələrinin regionda fəallığının artması ilə bağlı qəbul edilib.
Xatırladaq ki, “The Daily Mail” nəşri ABŞ-nin yaxın həftələrdə İrandakı nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığı barədə məqalə dərc edib.
Bundan başqa ABŞ Prezidenti Donald Tramp ötən həftə sonu İranı bombalamaqla hədələyib. Bu təhdid, ABŞ-nin Hind okeanında yerləşən strateji bazaya B-2 “stealth” bombardmançı təyyarələrini yerləşdirməsi fonunda baş verib. Bu təyyarələr, Yaxın Şərqdəki hərbi əməliyyatlar üçün istifadə edilən bazaya yerləşdirilib.
Tramp qeyd edib ki, əgər İran Vaşinqtonla yeni nüvə sazişi bağlamasa, ABŞ onu bombalayacaq. O, martın əvvəlində İran rəhbərliyinə göndərdiyi məktubda danışıqlar üçün şərtlərini irəli sürüb və Tehranı qərar vermək üçün iki aylıq müddət çərçivəsinə salıb.
İranın ali rəhbəri Ayətullah Əli Xamenei öz növbəsində bildirib ki, əgər ABŞ Prezidenti Donald Trampın Tehranı bombalamaq təhdidini həyata keçirsə, Vaşinqton güclü zərbə alacaq.
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzanacaq – AÇIQLAMA
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınma həcmi 4 milyon tona çatıb - EKSPERT
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO










