İran koronavirusa qarşı yeni dərman istehsalına başlayıb

İranda həyata keçirilən bütün tədbirlərə baxmayaraq, koronavirusun yayılması və bunun nəticəsində ölənlərin sayı artmaqda davam edir. Bu günə kimi İranda 293 min 606 nəfər virusa yoluxan qeydə alınıb. Yoluxaraq müalicə müddətində ölənlərin sayı isə 15 min 912-yə çatıb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 255 min 144 nəfər sağalaraq evə buraxılıb.
Nəzərə çatdıraq ki, İranda 2 nəfər parlament üzvü koronavirusa yoluxaraq həyatını itirib. Yoluxma halları nazirlərin və Prezident Administrasiyasının yüksək vəzifəli şəxsləri arasında da müşahidə edilib. Çətinliklərə baxmayaraq hələ ki, İran səhiyyəsi üzərinə düşən öhdəliyi yerinə yetirir.
İran alimləri də digər ölkələrdə olduğu kimi vaksin üzərində gərgin iş aparırlar. Əczaçılığa Nəzarət İdarəsinin rəhbəri Heydər Məhəmmədi bildirib ki, İran “Aktemra” dərmanının kütləvi istehsalına başlayıb. Bu dərman koronavirus xəstələrinə tətbiq edilib və müalicə müddətində məlum olub ki, xəstəliyin sağalması üçün çox effektlidir. (AZƏRTAC )
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?
Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
Qəsəbədə yol salınandan bəri işıq dirəkləri işləmir – Kütləvi narazılıq var - VİDEO
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI










