İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ

ABŞ–İsrail münasibətləri uzun illərdir ki, Vaşinqtonun Yaxın Şərq siyasətinin əsas sütunlarından biri hesab olunur. Hərbi əməkdaşlıq, təhlükəsizlik zəmanətləri, birgə müdafiə layihələri və kəşfiyyat məlumatlarının mübadiləsi iki ölkə arasında strateji tərəfdaşlığın dərinliyini göstərir. Donald Tramp ilə Benyamin Netanyahu arasında ötən ilin dekabrında “Mar-a-Lago” iqamətgahında keçirilən görüş beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Görüş zamanı Tramp Vaşinqtonla Tehran arasında mümkün razılaşmanın taleyinə toxunaraq, əgər ABŞ və İran arasında rəsmi saziş əldə olunmasa, İsrailin İranın ballistik raket proqramına qarşı atacağı addımlara açıq şəkildə dəstək verəcəyini bildirib. Bu açıqlama Yaxın Şərqdə artan gərginlik fonunda regional təhlükəsizlik və diplomatik proseslərin gələcəyi baxımından mühüm mesaj kimi qiymətləndirilir.
Avtosfer.az xəbər verir ki, Donald Tramp ilə Benyamin Netanyahu arasında “Mar-a-Lago”da keçirilən görüşdə səsləndirilən mesaj təkcə diplomatik bəyanat kimi deyil, həm də mümkün strateji planın işarəsi kimi qiymətləndirilə bilər. Trampın “birmənalı dəstək” ifadəsi isə sual yaradır. Görəsən bu dəstək doğrudanmı qarşılıqsızdır, yoxsa yoxsa Vaşinqtonun Tehranla danışıqlarda əlini gücləndirmək, regiondakı müttəfiqlərə mesaj vermək və daxili siyasi auditoriyaya hesablanmış strateji gedişdir?

Məsələ ilə bağlı siyasi şərhçi Kənan Novruzov Avtosfer.az-a açıqlamasında bildirib ki, ABŞ birmənalı şəkildə İsrailin İrana hücumlarını dəstəkləyəcək və ya artıq dəstəkləyir:
“ABŞ-nin bu məsələdə mövqeyi kifayət qədər dəyişkəndir. Çünki Vaşinqton ilk növbədə öz milli maraqlarını əsas götürür və İsrail–İran gərginliyindən hər iki tərəfə qarşı təzyiq mexanizmi kimi istifadə edir. Əgər ABŞ-nin sərt mövqeyi və ya yandırdığı “qırmızı işıq” olmasaydı, İsrail bəlkə də çoxdan İranla daha genişmiqyaslı müharibəyə başlamış olardı. Hətta 12 günlük deyilən müharibə daha uzun çəkə bilərdi. Qeyd etmək lazımdır ki, həmin 12 günlük qarşıdurmanın dayandırılmasında da rəsmi Vaşinqtonun mühüm rolu olub. Vaşinqton istəyirdi ki, bu danışıqlar konkret nəticə versin. Hazırda isə ABŞ bir tərəfdən İranı hədələyir. Mesaj aydındır: əgər Tehran danışıqlar masasına qayıtmasa, İsrailin mümkün hücumlarına “yaşıl işıq” yandırıla bilər. Bu bəyanatlar təkcə İsrailə deyil, həm də birbaşa İrana ünvanlanıb. Digər tərəfdən, Vaşinqton region ölkələrinə də mesaj verir ki, Yaxın Şərqdə əsas oyunçu olaraq qalır və onsuz ciddi geosiyasi qərarların verilməsi çətindir. ABŞ ərəb dünyası ilə münasibətlərinin və regionla bağlı planlarının pozulmasına imkan vermək istəmir”.
Ekspertin sözlərinə görə, ABŞ mövcud situasiyadan öz strateji maraqları naminə istifadə edir və lazım gəldikdə hər iki tərəfə təzyiq göstərməkdən çəkinmir.
Nurcan Babək
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı
Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı faktları POLİTOLOQ İFŞA ETDİ - FOTO










