İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edirlər - FOTO

Sosial şəbəkədə paylaşım edən valideyn övladına xarici, xüsusilə İran nömrələri vasitəsilə yazaraq narkotik maddə təklif edən şəxslərin olduğunu bildirib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, valideyn digər vətəndaşları diqqətli olmağa çağıraraq, xüsusilə yeniyetmələrin və həssas kəsimə mənsub insanların narkotik alverçilərinin tələsinə düşə biləcəyini vurğulayıb.
Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi dəfələrlə vətəndaşlara müraciət edib. Aparılan araşdırmalar göstərir ki, bu kimi xarici nömrələr, saxta hesablar və bəzi sosial media kanalları müəyyən xarici dairələrdən idarə olunur.
Narkotik şəbəkələri bu vasitə ilə əsasən narkotik aludəçilərini əməkdaşlığa cəlb edir, onların asılılığından istifadə edərək narkokuryer fəaliyyətinə yönəldirlər.
Vurğulanıb ki, bu səbəbdən hər bir sosial media istifadəçisi, xüsusilə valideynlər diqqətli olmalı, övladlarının onlayn fəaliyyətinə nəzarət etməli və şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə polisə məlumat verməlidirlər.

Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
Yük maşınları ilə bağlı tədbirlər görülməlidir - AÇIQLAMA
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Rusiyada benzin kəskin bahalaşdı
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO










