Banner

İran nüvə obyektindəki qəzanının terakt nəticəsində baş verdiyini bildirib

Gündəm 11 Aprel 2021 21:37 Oxunub 782
İran nüvə obyektindəki qəzanının terakt nəticəsində baş verdiyini bildirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektində elektrik şəbəkəsindəki qəza terror aktı nəticəsində baş verib.

Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbək Salehi deyib.

O bildirib: "İran bu çirkin aktı qınayır və beynəlxalq cəmiyyətə və AEBA-ya nüvə terrorizminin bu cür təzahürləri ilə mübarizə aparmaq lazım olduğunu xatırladır".

Əli Əkbər Salehi əlavə edib ki, İran hadisəyə görə məsuliyyət daşıyanlara qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır. (Trend)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh