İran Rəşt-Astara dəmiryolu xəttinin marşrutunu dəyişdirdi

İran hakimiyyəti "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi (BND) layihəsi çərçivəsində İran ərazisindən kəsintisiz yük daşımalarının təmin edilməsi üçün tikilməsi planlaşdırılan Rəşt-Astara dəmiryolu xəttinin marşrutunu dəyişdirib. Dəyişikliklər 80 km-dən çox məsafəni, yəni perspektivli dəmir yolu xəttinin (uzunluğu 162.4 km) yarısından çoxunu əhatə edəcək. Avtosfer.az-ın Oxu.az-ya istinadən məlumatına görə, bu barədə RBK-ya 13-14 oktyabr tarixlərində Bakıda keçirilən Rusiya, İran və Azərbaycan dövlət nümayəndələrinin görüşünün nəticələri ilə tanış olan mənbə bildirib. Rusiya Nəqliyyat Nazirliyi dəyişikliklərin olduğunu təsdiqləyib. Bu zaman layihəyə ayrılan xərclər İranla olan sazişdə göstərilən layihənin maksimal dəyəri olan 1.6 milyard avrodan çox olmayacaq.
Qeyd edək ki, Rusiya və İran Rəşt-Astara xəttinin tikintisinin maliyyələşdirilməsi parametrləri üzrə 2023-cü ilin may ayında razılığa gəliblər. Hökumətlərarası sazişə əsasən, Rusiya bu tikinti üçün 1.3 milyard avro və ya dəyərin 81.25%-i həcmində dövlət krediti ayıracaq.
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










