İran Ukraynaya təyyarə qəzası ilə bağlı təzminat ödəməyə hazırdır

Rəsmi Tehran 2020-ci ilin əvvəllərində Ukrayna təyyarəsinin aviaqəzası ilə bağlı təzminat ödəməyə hazırdır. Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi bildirib.
"İran təyyarə üçün kompensasiya ödəməyə razılaşdı, ancaq bu məsələnin reallaşdırılması vaxt aparacaq və texniki, hüquqi nöqteyi-nəzərdən müxtəlif aspektlərə malikdir", - Ukrayna ilə sərnişin təyyarəsi üzrə danışıqları şərh etmiş Musəvi deyib.
İran xarici siyasət idarəsinin nümayəndəsi həmçinin əlavə edib ki, qəzada ölən bir çox sərnişinlər İran vətəndaşları olub (İranlıların bəzilərinin ikili vətəndaşlığı olub, amma ölkə onları öz vətəndaşı hesab edir). O həmçinin qeyd edib ki, ukraynalılara görə danışıqlar davam edəcək.
XİN rəsmisi vurğulayıb ki, hadisəyə görə rəsmi Tehran məsuliyyət daşıyır.
Kiyevə reys yerinə yetirən "Ukrayna Beynəlxalq Hava Yolları"nın “Boeing 737-800” təyyarəsi yanvarın 8-də səhər tezdən Tehran aeroportundan uçuşdan az sonra qəzaya uğrayıb. Hadisə zamanı 176 nəfər həlak olub. Onların arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olub. (“Report”)
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...










