İran üzərindən Naxçıvana mülki uçuşlara qadağa qoyulmayıb - Rəsmi

Xəbər verdiyimiz kimi, bu gün AZAL Naxçıvana uçuşları Ermənistanın hava məkanından istifadə edərək həyata keçirib.
Sosial şəbəkələrdə isə bir qrup şəxs bunu İranın Azərbaycanın hərbi yüklərinin daşınması üçün hava məkanını bağlaması ilə əlaqələndirib. İddia olunub ki, İranın bu qadağasından sonra Azərbaycan qısa müddətdə Ermənistan hava məkanından uçuşlara başlayıb. Şərhlərdə qeyd olunur ki, İran üzərindən mülki, yəni sərnişin uçuşlarına da qadağa qoyulub.
AZAL-dan “Qafqazinfo”ya bildirilib ki, sərnişin təyyarələrimiz İranın hava məkanından istifadə edə bilir: “Bunu “Flightradar” sisteminə baxış keçirəndə də görmək mümkündür. AZAL-ın İran hava məkanından istifadə edərək sərnişin daşımasına hər hansı qadağa yoxdur”.
Qeyd edək ki, oktyabrın 6-dan etibarən AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ










