İran və Ermənistan ikinci Norduz körpüsünün tikintisi barədə razılaşıblar

Tehran və İrəvan ikinci Norduz körpüsünün tikintisi barədə razılığa gəliblər. Avtosfer.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran mətbuatına verdiyi açıqlamasında bildirib. “Yol sahəsində iki ölkə ikinci Norduz körpüsünün tikintisi, mövcud körpünün yaxşılaşdırılması, terminalların nizamlanması və yük maşınları üçün rüsumların tənzimlənməsi ilə bağlı ilkin razılıq əldə ediblər”, – deyə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq xəbər verib. O əlavə edib ki, Fars körfəzi ilə Qara dənizi dəmir yolu vasitəsilə birləşdirəcək strateji layihə irəliləyir. “İranda Culfa istiqamətində dəmir yolu artıq mövcuddur və onun Naxçıvandan İrəvana qədər davam etdirilməsi təsdiqlənib. Bu dəmir yolu İran, Azərbaycan, Ermənistan və Avropa arasında tranzitdə mühüm rol oynaya bilər”, – deyə Sadiq qeyd edib.
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










