İran Xəzərdə gəmilər üçün rüsumları endirir

İran Xəzər dənizində Ro-Ro gəmilərinə (təkərli nəqliyyat vasitələrinin daşınması üçün gəmi) 1 il ərzində 80% endirim edəcək.
Bunu İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Fərhad Müntəsər Kuhsari deyib.
F.M.Kuhsarinin sözlərinə görə, bu endirimlər hüquq, rüsum və digər sahələrdə olacaq.
O, əlavə edib ki, İran limanlarında Ro-Ro gəmilərinin yan alması üçün potensiallar yaradılıb:
“İranın Limanlar və Dənizçilik Təşkilatı yük maşınlarının İranın magistral yollar və quru sərhəd buraxılış məntəqələrindən limanlara köçürülməsi, həmçinin İranın şimal limanlarından yük maşınlarının (boş və dolu) Xəzəryanı ölkələrə birbaşa daşınması istiqamətində bu addımı atır".
Təşkilat rəsmisi deyib ki, Xəzər dənizində fəaliyyət göstərən gəmiçilik şirkətlərinin gəmiçilik xətləri yaradaraq bu imkandan faydalanacaqları gözlənilir.
Qeyd edək ki, İranın şimalında yerləşən Mazandaran vilayətinin Əmirabad limanında inşa olunan İranın ilk dəniz-dəmiryolu (Train Ferry) platforması artıq təkmilləşməkdədir. İranın Limanlar və Dənizçilik Təşkilatı çoxməqsədli nəqliyyatın formalaşması, Orta Asiyadan beynəlxalq sulara İran vasitəsi ilə ticarət, neft maddələri və sairə məhsulların tranzitinin artırılması, eləcə də bu istiqamətdə dəmiryol nəqliyyatından istifadənin olunmasına çalışır. (Trend)
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










