"İran Zəngəzur yolunun açılmasına süni maneələr yaradır" - AÇIQLAMA

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, İranda əvvəlki hakimiyyətlə Azərbaycanın münasibətlərinin pisləşməsi bizim günahımız ucbatından olmayıb. Buna səbəb İranın İkinci Qarabağ müharibəsində tutduğu mövqe və digər məsələlərdir.
Bundan sonra Azərbaycan-İran münasibətləri hansı istiqamətdə dəyişə bilər?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, Azərbaycan ilə İran arasındakı münasibətlərin normallaşması və inkişafı Tehranın atacağı addımlardan və mövcud problemlərə yanaşmasından asılıdır:
"Azərbaycan-İran münasibətlərinin inkişafı Tehran hakimiyyətinin davranışından asılıdır. Hakimiyyət son zamanlar Azərbaycana, Türkiyəyə eləcə də İslam dünyasına qarşı ardıcıl olaraq buraxdığı səhvləri aradan qaldırarsa, bu istiqamətdə işlər görərsə, əməkdaşlığın inkişafına təsir göstərə bilər. Bunlarla yanaşı münasibətlərə təsir edən əsas amil də Azərbaycan səfirliyinə hücum edən şəxsin hələ də cəzalandırılmamasıdır. Onun haqqında çıxarılan hökm icra olunduqdan sonra bəzi məsələlər həll oluna bilər".

Ekspert əlavə etdi ki, Tehran hakimiyyətinin Cənubi Qafqazda gərginlik yaratmaq siyasətindən əl çəkməsi də münasibətlərin normallaşması üçün mühüm şərtdir.
"İran hakimiyyəti Cənubi Qafqazda gərginlik fəaliyyətini dayandırmalıdır. Həmçinin İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında pozuculuq işləri aparır, Zəngəzur yolunun açılmasına süni maneələr yaradır. Bu, ikitərəfli əməkdaşlığa təsir göstərir. Ümumiyyətlə,Tehran hakimiyyəti Azərbaycanın və Cənubi Qafqazın daxili məsələlərinə müdaxilə etməzsə, o halda Azərbaycanla münasibətlərin normallaşması prosesi yarana bilər. Ümumilikdə Tehran hakimiyyəti mövcud problemlərin həllinə daha konstruktiv yanaşarsa, əməkdaşlıq imkanları genişlənə bilər", - deyə S.Soltan bildirdi.
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı
Bakının bu ərazisində piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir - AÇIQLAMA
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ
Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir - MEMAR
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı










