İrana çəkilən yeni yol və körpünün tikintisi Azərbaycana nə qazandıracaq? - VİDEO

Prezident İlham Əliyev Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bunun Azərbaycan iqtisadiyyatına hansı müsbət təsirləri olacaq?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, son on ildir ki nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artmaqdadır.
Buna misal olaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini qeyd edə bilərik. Bu nəqliyyat dəhlizlərinin də əsas komponenti şaxələndirmədir. Yəni bir yoldan asılı olmamaqdır. Bir yoldan asılı olanda tıxanmalara və malların daha gec ünvana çatmasına səbəb ola bilər.
Bu səbəblərə görə şaxələndirmə gündəmdədir. Azərbaycanın Qarabağ zəfərindən sonra cənub istiqamətinə yeni magistrallar və dəmiryol xətləri tikilməyə başladı. Nəzərə alsaq ki, İran və Türkiyədə avtomobil daşımaları daha üstün paya sahibdir. Bu da ilkin mərhələdə avtomobil yolunun daha tez istifadəyə verilməsinə gətirib çıxaracaq. Nəticədə, Şərq-Qərb dəhlizi üzrə yük daşımaları üçün yeni bir yolun açılmasına gətirib çıxaracaq", - deyə o qeyd edib.
Geniş videomüsahibəni təqdim edirik:
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ










