İranda 2025-ci ildə edamların sayı artıb - Azı 1922 nəfər

2025-ci ildə İran həbsxanalarında ən azı 1922 nəfər edam edilib.
Avtosfer.az İran mediasına istinadən xəbər verir ki, bu statistika edamların 2024-cü illə müqayisədə 106 faiz artdığını göstərir.
Məlumata görə, 10 nəfər ictimaiyyətin gözü qarşısında edam edilib.
Bu statistika 2025-ci il 1 yanvar - 2025-ci il 20 dekabr (29 azar 1404) dövrünü əhatə edir. İllik hesabat İranda insan hüquqları vəziyyəti ilə bağlı 10,826 məlumatın toplanması, təhlili və sənədləşdirilməsi əsasında hazırlanıb.
Bu müddət ərzində edam edilənlərdən əlavə, ölkənin məhkəmə sistemi tərəfindən 168 nəfər ölüm cəzasına məhkum edilib.
Edam olunanların 1681 nəfəri və ya 87 faiz kişi, ən azı 59 nəfər, yəni üç faizi qadındır. Edam edilənlərin 10 faizinin cinsiyyəti barədə məlumat yoxdur. Bundan əlavə, yetkinlik yaşına çatmayan iki nəfər cinayətkar edam edilib.
2025-ci ildə İranda edam edilənlərin 47,55%-i "qətl", 46,10%-i isə "narkotik" ittihamı ilə edam olunub.
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR










