Avtosfer.az | Reklam
İranda daha 50 nәfәr koronavirusdan ölüb
Gündəm 29 May 2020 14:47 Oxunub 256
İranda daha 50 nәfәr koronavirusdan ölüb
Ölkədə indiyәdәk 896 mindәn çox diaqnoz testi hәyata keçirilib

İranda ötәn sutka әrzindә daha 50 nәfәr koronavirusdan (COVID19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 7 677 nәfәrә yüksәlib.

Cahanpur әlavә edib ki, ötәn 24 saat әrzindә daha 2 819 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 146 668 nәfәrә çatıb. Virus daşıyıcılarından 2 547 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 114 931 nәfәrin koronavirusdan sağaldığını deyib.

İranda indiyәdәk 896 mindәn çox diaqnoz testi hәyata keçirilib. (Trend)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh