İranda daha 75 nəfər koronavirusdan öldü
Gündəm
6 İyun 2020 14:25
Oxunub 1066
İranda koronavirusa yoluxanların sayı yenə artıb. Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Onun sözlərinə görə, ölkədə daha 2 269 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 169 425-ə çatıb.
K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 75 nəfər artaraq 8 209 nəfərə yüksəlib.
O həmçinin 2 578 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Bundan başqa, indiyədək 132 038 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. (“Report”)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR