İranda koronavirusa yoluxanların sayı 270 minə çatır
Gündəm
17 İyul 2020 14:39
Oxunub 814

İranda daha 183 nəfər koronavirusun qurbanı olub. Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, İranda, ümumilikdə, 13 791 nəfər pandemiyanın qurbanı olub.
Son sutkada daha 2 379 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 269 440-a yüksəlib.
Məlumatda həmçinin 3 509 nəfərin ağır vəziyyətdə olduğu, 232 873 nəfərin isə sağaldığı vurğulanıb.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani ölkəsində koronavirusun ikinci dalğasının başladığını bildirib. (“Report”)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













