Avtosfer.az | Reklam
İranda koronavirusdan ölənlərin sayı 11 mini ötüb
Gündəm 2 İyul 2020 15:40 Oxunub 282
İranda koronavirusdan ölənlərin sayı 11 mini ötüb

İranda son sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 148 nəfər vəfat edib. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11 106 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 652 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 232 863 nəfərə çatıb. İndiyədək xəstəlikdən 194 098 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 097 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (APA)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh