İranda koronavirusdan ölənlərin sayı 8 134-ə çatdı
Gündəm
5 İyun 2020 16:30
Oxunub 1192
İranda koronavirusa yoluxanların sayı yenə artıb. Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib. Onun sözlərinə görə, ölkədə daha 2 886 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 167 156-ya çatıb. K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 63 nəfər artaraq 8 134 nəfərə yüksəlib. O həmçinin 2 573 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb. Bundan başqa, indiyədək 129 741 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. (“Report”)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR