İranda son sutkada COVID-19-dan 120 nəfər vəfat edib
Gündəm
17 İyun 2020 15:03
Oxunub 970

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 120 nəfər vəfat edib. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 9 185 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2612 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 195 051 nəfərə çatıb. İndiyədək xəstəlikdən 154 812 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 789 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
Xatırladaq ki, ötən gün İranda koronavirusdan 115 nəfər ölüb. (APA)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













