İranda son sutkada COVID-19-dan 56 nəfər vəfat edib
Gündəm
27 May 2020 15:16
Oxunub 806
Yoluxanların sayı isə 141 mini keçib
İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 56 nəfər vəfat edib. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 7 564 nəfərə çatıb. Son sutka ərzində koronavirusa 2 080 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 141 591 nəfərə çatıb. İndiyədək ölkədə xəstəlikdən 111 176 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 551 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (APA)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR