İrandakı vəziyyət Bakıdan Naxçıvana sərnişin daşımaqda çətinlik yaratmır - AYNA

İranda baş verən son hadisələr fonunda Bakıdan bu ölkənin ərazisi ilə Naxçıvan Muxtar Respublikasında sərnişin daşınmasında heç bir çətinlik yaranmır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bundan başqa, məlumata görə, mövcud vəziyyət iki ölkə arasındakı sərhəd-keçid məntəqələri vasitəsilə beynəlxalq yük daşımalarının həyata keçirilməsində də heç bir çətinliyə səbəb olmur.
"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" İctimai Birliyindən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycandan İrana yük daşımalarında heç bir problem yoxdur və üzv daşıyıcılardan bununla bağlı heç bir müraciət daxil olmayıb: "İran istiqamətdə yük daşımaları adi qaydada həyata keçirilir".
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ










