İrandan 50 kq narkotik vasitə gətirən şəxs saxlanılıb - Əməliyyatdan VİDEO

İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Abşeron rayon sakini Namiq Məmmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 50 kiloqram, o cümlədən 28 kiloqram heroin və 22 kiloqram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Namiq Məmmədov narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Hadı” adlı tanışının vasitəsilə Qaradağ rayonunda gizlədilən yerdən paytaxt ərazisində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Namiq Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyat zamanı İranda yaşayan və milli genefondumuzun məhv edilməsi üçün narkotikləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərməyə çalışan narkotacirlərin daxildəki dayaqlarına daha bir zərbə endirilib.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










