İrandan Azərbaycana qanunsuz heroin keçirilməsinin qarşısı alınıb - FOTO
Gündəm
31 Oktyabr 2022 18:00

Dövlət Gömrük Komitəsi İrandan Azərbaycana qanunsuz 1,75 kq heroin keçirilməsinin qarşısı alıb.
Avtosfer.az-ın Komitəyə istinadən verdiyi məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu gömrük nəzarətindən keçən zaman saxlanılıb.
Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin salonunda karton qutuda olan qəhvəyi rəngli güldana reaksiya verib. Daha sonra həmin əşya rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə edilib.
Ətraflı yoxlama nəticəsində güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə şəffaf sellofanda qablaşdırılan açıq qəhvəyi rəngli narkotik vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1228
DİGƏR XƏBƏRLƏR
1 Aprel 2026 14:48
Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
1 Aprel 2026 14:30
Qəsəbədə yol salınandan bəri işıq dirəkləri işləmir – Kütləvi narazılıq var - VİDEO
1 Aprel 2026 10:30
Nömrənin itməsinin qarşısını necə alaq?
1 Aprel 2026 09:11
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
31 Mart 2026 21:27
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
31 Mart 2026 20:51
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
31 Mart 2026 18:45
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
31 Mart 2026 18:36
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
31 Mart 2026 18:27
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
31 Mart 2026 17:33
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
31 Mart 2026 17:00
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
31 Mart 2026 14:53
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
ŞƏRH YAZ











