İrandan Azərbaycana qarşı növbəti hörmətsizlik - Laçın dəhlizi bağlana bilər - VİDEO

İran tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qaçaqmalçılıq yolu ilə naməlum yüklər daşınması Azərbaycan dövlətinin ərazi bütövlüyünə hörmətsizlikdir. Görünən odur ki, Ermənistan, o cümlədən İran hələ də Azərbaycanın yaratdığı yeni geosiyası reallıqlarla barışa bilmir.
Siyasi şərhçi Murad Sadəddinov hesab edir ki, İran və Ermənistanın "iş birliyi"nə Azərbaycan tərəfindən daha sərt reaksiya gələ bilər. Xüsusilə, Azərbaycan Ordusu Laçın dəhlizini bağlayaraq bu kimi qaçaqmalçılığın qarşısını ala bilər.
Murad Sadəddinovun fikrinə görə, hazırda İran tərəfinə ciddi beynəlxalq sanskiyalar tətbiq edilir. Belə bir halda Ermənistan hələ də İrandan kifayət qədər yanacaq məhsulları alır və bizim ərazilərimizə daşıyır. Bunun özü də İran tərəfindən törədilən ayrıca bir qaçaqmalçılıq faktıdır.
Siyasi şərhçi Xəyal Bəşirov isə hesab edir ki, İslam dövləti olan İran Ermənistanın təxribatına uyur. İran dövləti Ermənistanın Azərbaycan ərazilərində müsəlmanlar üçün müqəddəs sayılan dini abidələrə qarşı etdiyi hörmətsizliyi unutmamalıdır.
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, İrana verilən notaların faydası yoxdur, çünki müəmmalı yükləri ərazimizə qanunsuz daşımaqda davam edir. Buna görə də Qafan-Gorus yolu yenidən nəzarətə götürülməlidir.
Bu arada, İran Əfqanıstanla sərhədlərıni bəzən açır, bəzən isə bağlayır. Bu isə region ölkələri, o cümlədən Azərbaycan üçün əlavə problemlər yarada bilər. Miqranların bu ölkəyə girişinin qarşısı tam alınmadığından Türkiyə İranlla sərhəddə 3 metr hündürlükdə sədd çəkib.Əsas məqsədləri Avropaya getmək olan əfqanlar öz yollarını Cənubi Qafqazdan da sala bilərlər. Belə olacağı təqdirdə ölkəmiz üçün əlavə problemlər yarana bilər.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










