İrandan Azərbaycana üzərində erməni dilində yazıları olan mallar göndərildi - FOTO - VİDEO

Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər. Belə ki, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda digər malların içərisindən gömrük orqanına bəyan edilməyən, üzərindəki yazılara görə Ermənistan Respublikasının istehsalı olan inşaat malları aşkar edilib. Avtosfer.az xəbər verir ki, indiyədək ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub.
Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1050 ədəd boş karton qutu olub.
Bu malların İran İslam Respublikasında fəaliyyət göstərən şirkət tərəfindən Azərbaycan Respublikasında fiziki şəxsin ünvanına göndərildiyi müəyyən edilib.
Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib?
Faktla bağlı Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən birgə araşdırma aparılır.
Emin
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi
Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI
İranın məşhur generalı İsrailə qaçdı
BƏƏ ilk dəfə İrana zərbə endirib
Fransızları qabaqlayan azərbaycanlı qadın - FOTOLAR

















