İranı tərk etmək üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

“İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinə, İrandakı Səfirliyimizə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuza daxil olan müraciətlər əsasında ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir”. Bu barədə Avtosfer.az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, İranı tərk etmək istəyən Azərbaycan vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər görülür: “Bu günə olan məlumata əsasən, 600 nəfərdən çox Azərbaycan vətəndaşı sərhəddən keçid üçün müraciət edib və onlardan 180 nəfər artıq Azərbaycan ərazisinə daxil olub. İndiyə qədər 77 ölkədən daxil olan müraciətlər müvafiq qaydada nəzərdən keçirilir və həmin ölkələrin vətəndaşlarının keçidinə şərait yaradılır. Rusiyanın, Birləşmiş Krallığın, Kanadanın, İtaliyanın xarici işlər nazirləri, eləcə də müxtəlif səviyyələrdə bir çox ölkələr dəstəyə görə Azərbaycana dərin minnətdarlıqlarını bildiriblər”.
Azərbaycan bu resursunu da ixrac edəcək - Ciddi danışıqlar gedir
Quru sərhədlərin bağlı qalmasının ŞOK SƏBƏBLƏRİ: Pərdəarxası məqamlar
"Telefonunuza göndərilən kodları heç kimlə paylaşmayın" - İKTA-dan XƏBƏRDARLIQ - FOTO
Magistral yollarda görmə məhdudlaşacaq – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
“Hamı bilir ki, kartellərin daşıdığı narkotikdən ABŞ büdcəsinə də vəsait daxil olur” - POLİTOLOQ
Azərbaycanlı müğənni ad günündə 173 min yığıb, 1 milyona ev aldı - VİDEO
On beş manat üzvlük haqqını ödəməyən şair və yazıçılar - ADLAR
Köhnə avtomobil sürənlərə VACİB XƏBƏR: Məhdudiyyətlər tətbiq edilə bilər...
Paytaxtın 22 küçəsində tıxac var - SİAYHI
Prezident bu nazirlə bağlı SƏRƏNCAM İMZALADI - FOTO
Bakıda sərnişin yükünü azaldacaq MÜHÜM HƏMLƏ - FOTO











