İranın daxili işlər nazirindən Azərbaycana qarşı TƏHDİD

İranın Daxili İşlər naziri Əhməd Vahidi Azərbaycan Respublikası sərhədində ölkəmizə qarşı təhdid və istehzalar səsləndirib.
Əhməd Vahidi prezident və nümayəndə heyəti üzvlərinin Təbrizə səfərinin ikinci günü (9 iyun) İran və Azərbaycan Respublikası sərhədində yerləşən “Xudafərin” və “Qızıl qalası” bəndlərinə baş çəkib.
Bu səfər zamanı Əhməd Vahidi Bakıya üstüörtülü xəbərdarlıq edərək deyib: "Azərbaycan Respublikasının İran hökumətindən yaxşı dostu olmayacaq. İslam Respublikası ilə düşmənçilik edən hər kəs uduzmuş olar".
Qeyd edək ki, Azərbaycan İrana qarşı heç zaman təhdid, qonşuluq prinsiplərinə zidd addım atılmayıb. İran isə bunun əksinə olaraq hər zaman Ermənistana açıq və gizli dəstəyini nümayiş etdirib. Bununla yanaşı, İranın ekspertləri, keçmiş səfirləri və bir sıra dövlət nümayəndələri tərəfindən son zamanlar Azərbaycana qarşı təhdid dolu fikirlər səsləndirilir. Dostluqdan danışan İran özü dost olmaq istəmir... (musavat.com)
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










