İranın hədəfləri VURULDU: 900 hərbçi TƏCİLİ hərəkətə keçdi

ABŞ-ın İraq və Suriyadakı hərbi qüvvələrinə hücumlar səbəbindən İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı qrupların Suriyanın şərqində istifadə etdiyi iki obyektə hava hücumu təşkil edilib.
Bu məlumatı ABŞ-ın müdafiə naziri Lloyd Ostin açıqlayıb.
Ostin hücumların ABŞ prezidenti Co Baydenin əmri ilə həyata keçirildiyini bildirib: "Bütün dövlət və qeyri-dövlət təşkilatlarını daha geniş regional münaqişəyə çevriləcək hərəkətlərdən çəkinməyə çağırırıq".
Qeyd edək ki, Pentaqonun rəhbəri Lloyd Ostin bir neçə gün əvvəl də oxşar bəyanatla çıxış etmişdi.
Son həftələrdə İraq və Suriyada ABŞ qüvvələrinə qarşı təşkil edilən ümumilikdə 19 hücumda bir ABŞ əsgəri sığınacağında ürək tutmasından ölüb, 21 hərbçi yaralanıb. Ağ Evdən bir gün əvvəl verilən açıqlamada bildirilib ki, Bayden İranın dini lideri Ayətullah Əli Xameneiyə mesaj göndərib və Tehranı Yaxın Şərqdəki ABŞ personalını hədəf almaması ilə bağlı xəbərdar edib.
Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi, briqada generalı Patrik Rayder ABŞ əsgərlərinin müdafiəsini gücləndirmək üçün təxminən 900 əlavə personalın Yaxın Şərqə getdiyini açıqlayıb. Bildirilib ki, bu əsgərlər tibbi yardım və partlayıcı maddələrlə mübarizə kimi dəstək vəzifələrini öz üzərinə götürəcəklər.(musavat)
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ










