“İranın Zəngəzur dəhlizindən istifadəsinə icazə verilməyəcək"

"Zəngəzur dəhlizinin açılmasını özünün "qırmızı xətti" elan edən Tehran rejimi, Nikol Paşinyana dəstək verirdi. İndi proseslər İranın əleyhinə işləyir".
Avtosfer.az xəbər verir ki, bu sözləri "Musavat.com"a Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib:
"İran daim Azərbaycanı üçüncü ölkələri regiona gətirməkdə ittiham edirdi. Amma indi İranın özünə ən böyük düşmən hesab etdiyi Amerikanı qardaşı və müttəfiqi hesab etdiyi Ermənistan şimal qapısına gətirdi. ABŞ-ın Cənubi Qafqazda İranla sərhəddə yerləşməsi Ermənistanın İrandan uzaqlaşması demək olacaq. Ermənistandan istifadə edərək Azərbaycana qarşı vəkalət müharibəsi aparıb. İndi, Ermənistan rəhbərliyi Rusiya və İranın əsas rəqibi olan ABŞ -la əməkdaşlığı inkişaf etdirir. Rusiya və İranın nəzarət etmək istədiyi "Zəngəzur" dəhlizini Vaşinqtonun nəzarətinə verir. Demək olar ki, İran regional layihələrdən kənarda qalacaq. ABŞ, İran yüklərinin Zəngəzur dəhlizindən- "Tramp körpüsü"ndən istifadəsinə imkan verməyəcək. Bununla da İranın pantürkist siyasəti öz əleyhinə işlədi. Eyni zamanda, İranın muhafizəkar dairələri növbəti nakautla üzləşdi. İran rejimi dostu Ermənistandan ağır "şapalaq" yedi. Tehran elan edirdi ki, Zəngəzur dəhlizinə qarşı ordu yeridə bilər. Amma indi qarşısında ABŞ-ı görəcək".
Bu yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Azərbaycanda elektron siqaretlərlə bağlı yeni cərimələr
Kremlin Cənubi Qafqazda gücü zəifləyir; ABŞ region ölkələri ilə əməkdaşlığı artırır - POLİTOLOQ
Bakı metrosunda pik saatlarda YENƏ PROBLEM: Qatarda nasazlıq yarandı, interval xeyli artdı
Binəqədidə kanalizasiya suyu yola axdı; qurum hərəkətə keçdi - FOTO
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi təxribatın qarşısını belə aldı - VİDEO
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO









