İranla sərhəddə yaranan yük maşınlarının sıxlığının SƏBƏBİ AÇIQLANIB - FOTO

Son günlər Azərbaycan-İran dövlət sərhədinin buraxılış məntəqələrində yük avtomobillərinin sıxlığının yaranması barədə məlumatlar yayılıb.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycanla İran arasında dövlət sərhədindən buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin müşahidə olunan sıxlığının müzakirə olunması məqsədilə İran İslam Respublikası Azərbaycan tərəfinə müraciət edib.
Müraciətdən sonra hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələri “Astara" dövlət sərhədi buraxılış məntəqəsində olaraq, mövcud vəziyyəti təhlil ediblər.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sıxlıq, əsasən, İran İslam Respublikası tərəfində müşahidə olunur, ləngimələrə səbəb isə qarşı tərəfdə iş rejimindəki fasilələr və sərhədkeçmə proseslərində yaranan texniki məsələlərlə əlaqədardır.
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrində (Astara, Cənub-Astara, Biləsuvar) nəqliyyat vasitələrinin keçidi isə intensiv şəkildə təmin edilir, heç bir sıxlıq müşahidə olunmur.
Yeni istifadəyə verilmiş "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsi isə İran tərəfində təmir-tikinti işləri və texniki məsələlər yekunlaşmadığından tam gücü ilə fəaliyyət göstərə bilmir.



Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO










