İranlı diplomatlar Azərbaycanı tərk etdilər - FOTO
Gündəm
7 Aprel 2023 16:47

Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk edib. Avtosfer.az” Report-a istinadən xəbər verir ki, diplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.
Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları - Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb.
Diplomatlarla yanaşı onların ailə üzvləri də Azərbaycanı tərk ediblər.
Xatırladaq ki, aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.
İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.





Oxunub : 900
DİGƏR XƏBƏRLƏR
29 Mart 2026 09:13
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
28 Mart 2026 12:00
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
28 Mart 2026 10:45
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
28 Mart 2026 09:36
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
27 Mart 2026 23:09
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
27 Mart 2026 20:30
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
27 Mart 2026 18:55
Sabunçu keçidi bağlandı - VİDEO
27 Mart 2026 18:12
FHN əhaliyə müraciət etdi
27 Mart 2026 16:36
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
27 Mart 2026 13:55
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
27 Mart 2026 10:38
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
27 Mart 2026 10:13
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
ŞƏRH YAZ










