İraqın mərkəzinə aviasiya zərbələri endirildi
Gündəm 19 Yanvar 2021 12:00 Oxunub 226
İraqın mərkəzinə aviasiya zərbələri endirildi

İraqın mərkəz hissəsində yerləşən Babil əyalətinin Curf ən-Nəsr şəhəri aviasiya hücumuna məruz qalıb.

Bu barədə Livanın “Əl-Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata əsasən, zərbənin endirildiyi ərazi İraq Silahlı Qüvvələrinin nəzarəti altındadır. Telekanal ABŞ təyyarələrinin, həmçinin Suriya ilə sərhəd yaxınlığında yerləşən Əl-Kaim şəhəri üzərində də göründüyünü bildirib.

“Fox News” telekanalı isə Pentaqona istinadən bəyan edib ki, ABŞ hərbçiləri bu gecə İraqın mərkəzi hissəsinə hava zərbələri endirməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh