İrəvan ABŞ ilə Zəngəzur dəhlizi üzrə memorandumun mövcudluğunu təkzib edib

Ermənistan hökuməti İspaniyanın "Periodista Digital" portalında dərc edilmiş, İrəvan və Vaşinqton arasında Zəngəzur dəhlizinə dair memorandumla bağlı razılaşmanın mövcudluğu barədə məlumatı təkzib edib. Avtosfer.az bu barədə "Report"a istinadən xəbər verir. Hökumət həmçinin bu xəbəri "manipulyativ təbliğatın təzahürü" adlandırıb. "Bu dezinformasiya materialı dəfələrlə saxta şəxslərdən istifadə etməkdə və manipulyativ və əsassız materiallar yaymaqda tənqid edilən şübhəli mənşəli “Periodista Digital” saytında dərc edilib", - hökumətin məlumatında deyilir.
Qeyd olunur ki, göstərilən məqalənin reallıqla heç bir əlaqəsi yoxdur. Daha əvvəl “Periodista Digital” mənbələrə istinad edərək bildirmişdi ki, Ermənistan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı ABŞ-nin təklifini qəbul edib. Nəşrin versiyasına görə, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin 42 kilometrlik hissəsini ABŞ-nin özəl şirkəti idarə edəcək.
Günəşdə güclü partlayış baş verib
Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA
Generalın oğlunun keçmiş sevgilisi danışdı: "Onun ..." — FOTOLAR
Daxili İşlər Nazirliyi və təhlükəsizlik siyasəti: rəqəmlərin göstərdiyi mənzərə
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir - SİYAHI
Paytaxtın 17 küçəsində tıxac var - SİYAHI
Bank kartlarından oğurluqların qarşısını necə alaq? – İKT eksperti AÇIQLADI
"Tiktok"da canlı yayım açıb onu izləyən şəxsləri söydü – 15 sutka həbs edildi
İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ
Rəqsanə yenidən həbs ediləcək? - Səidə Bəkirqızı məhkəməyə verir











