İrəvandan Zəngəzur açıqlaması: Ruslar Mehridən çıxarılır?

“Ümid edirik ki, TRIPP (“Tramp yolu və ya Zəngəzur dəhlizi) layihəsinin həyata keçirilməsi regional kommunikasiyaların təkcə bir hissədə deyil, həm də ümumi regional kommunikasiyaların blokdan çıxarılmasına töhfə verəcək”.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
“Söhbət təkcə Ermənistan, Azərbaycan və Cənubi Qafqazdan getmir. Bu gün ölkələr daha çox marşrutlar, alternativ əlaqələr axtarırlar. Bu, daha böyük layihənin, Orta dəhliz və Asiyanı Avropa və əksinə birləşdirməyi hədəfləyən digər layihələrin bir hissəsi ola bilər. Ermənistanda həyata keçirilən istənilən kommunikasiya layihəsi Ermənistanın suverenliyi altında qalır. Bu, bizim üçün çox vacibdir. Digər texniki detalları müzakirə edəcəyik, kimin və necə işlədiyinə qərar verəcəyik”, - Badalyan qeyd edib.
Razılaşmaya əsasən, hazırda Rusiya əsgərləri Ermənistanın İranla cənub sərhədində patrul həyata keçirir. Sülh müqaviləsi bu əsgərlərin gedəcəyi anlamına gəlirmi?
Ani Badalyan suala belə cavab verib: “Bu, Rusiya ilə ikitərəfli müqavilə ilə tənzimlənir, ona görə də bu, bizim parafladığımız sülh sazişinə aid deyil”.
Bəs sülh sazişi sovet dövründə yaradılmış və əvvəllər Ermənistanın İranla cənub sərhədində işləyən dəmir yolunu (Mehri) bərpa edəcəkmi?
“Əlbəttə, ərazinin logistikasını öyrənirik. Bu, tranzit marşrut olacaq. Eşitdiyiniz mənada dəhliz deyil. Ermənistan Respublikasının suverenliyi altında olan marşrut”, - sözçüsü suala cavabını söyləyib.
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa daha dəqiq hərəkət təşkili? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu
Bu proses taksi xidmətində ciddi problem yaradır - HƏLL YOLU AÇIQLANDI
Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
Sovet maşınları ilə bağlı qərar ... - İstifadəsi qadağan ediləcək?
Bakıxanovda “qiyamət çuxurları”: Yol sürücülərə maddi ziyan vurur - VİDEO
Dövlət Agentliyində yoxlama başladı: Anar Nəcəflidən AÇIQLAMA








