İriqabaritli yük avtomobillərinin hərəkətinə icazənin rüsumu MÜƏYYƏN EDİLDİ
Gündəm
11 Aprel 2023 11:29
Oxunub 1094

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu təsdiqlənib.
Qanuna əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib. Bu hərəkət üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













